41 yaşlı qadın körpüdən yıxılıb

17:37 11.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncədə bədbəxt hadisə baş verib.

Hafta.az bildirir ki, hadisə şəhərin Müseyib Bağırov küçəsində, Gəncə çayı üzərində yerləşən körpüdə qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Şəbnəm Rzayeva körpüdən yıxılıb. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Yaralı qadın xəstəxanaya aparılıb. Həkimlər onun vəziyyətinin orta-ağır olduğunu bildiriblər. Qadının hansı şəraitdə körpüdən yıxıldığı hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır. /unikal.az/